SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur model Emili Ratajkovski bu dəfə verdiyi açıqlama ilə gündəmə gəlib. 

BAKU.WS məlumat verir ki, model "ES Magazine" jurnalı üçün kamera qarşısına keçərək açıq-saçıq fotolar çəkdirib. Model jurnalında açıqlamasında seksual gözəl olmaqla yanaşı eyni zamanda feminist olduğunu deyib:

"Anam hər zaman mənə nəsihət verirdi ki, bədəninə görə heç zaman üzr istəmə və bundan utanma. Məncə, hər qadın "feminist" sözünü istifadə etməsə də, qadın və kişinin bərabər hüquqlarda olmasını istəyir. Onsuz, feminizm də elə bunu deyir. Bir qadının soyunması o demək deyil ki, həmin qadın feminist ola bilməz. Çılpaqlığımdan utanmıram və bunun üçün üzr istəməli olduğumu da düşünmürəm".
 
BAKU.WS