SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi gecə keçirilib.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, mərasimə qatılan tanınmışlar arasında əməkdar artist, KVN-çi Tahir İmanov ilə həyat yoldaşı, keçmiş model Nigar Əliyeva da olub.

Tahir İmanov fotolarını çəkmək istəyən fotoqraflara etiraz edərək bildirib ki, fotolarının çəkilməsini istəmir.

Qeyd edək ki, T.İmanovun həyat yoldaşı Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasına layiq görülüb. 2010-cu ildə "Best Model Azerbaijan” müsabiqəsində 2-ci yerə çıxıb və "Miss Xəzər” nominasiyasını qazanıb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində çəkilib.

Cütlüyün toy mərasimi 2015-ci ilin dekabrın 26-da keçirilib.
 
BAKU.WS