SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış müğənni Günay İbrahimliyə ev hədiyyə ediblər. 

BAKU.WS məlumat verir ki, bu haqda müğənni ATV kanalında yayımlanan "10-dan sonra” verilişində deyib. Müğənni imicində dəyişiklik də edib:

"Tamaşaçıların xoşuna gəlsə uzun müddət bu imicdə qalacam. Biz sənət adamları həmişə çalışmalıyıq ki, müxtəlif imicdə, obrazda olaq. Tamaşaçı bizə baxır, nəsə götürür, özü edir. Ona görə mən də istədim imicimdə nəsə dəyişiklik edim".
 
Sənətçi aldığı hədiyyələrdən də söz açıb:

"Hədiyyənin böyüklüyünə-kiçikliyinə baxıram. Ola bilər balaca olsun, amma qiyməti baha olsun. Mənə ev də hədiyyə ediblər”.

Qeyd edək ki, müğənni son günlər Instagram hesabında yeni evindən fotolar paylaşır.
 
BAKU.WS