SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yayımladığı videosu ilə müzakirələrə səbəb olub.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, sənətçi yol hərəkət qaydalarını pozan avtobus sürücülərini lentə alıb.

"Baxın, avtobuslar qaydaları belə pozurlar. Öz yolları ilə getmir, başqa yola girirlər. Hələ birini çəkə bilmədim, gəlib maşının qarşısına keçdi. Bu cür qəza vəziyyəti yaradırlar. Sürücülər bir şey edəndə cərimə yazılır. Bu avtobusun bir sahibi, onları cərimələndirən şirkət yoxdur? Baxın bu 38 nömrəli avtobusa", - deyə Nadir Qafarzadə qeyd edib.

BAKU.WS
VİDEO