SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision-2016” mahnı müsabiqəsinin qalibi, Ukraynanı təmsil edən Camala rus jurnalistin sualını cavablandırmayıb. 
 
BAKU.WS-in məlumatına görə, yarışmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərlə söhbət edən müğənni "Lifenews"un suallarını dinləməyib. Müğənni "bunlar jurnalist deyillər" bildirib. Daha sonra Camalanı təmsil edən gənc oğlan jurnalistə yaxınlaşaraq suallara cavab verilməyəcəyini bəyan edib. Rus jurnalist israrla suallarına cavab almaq istəsə də istəyinə nail ola bilməyib. 
 
Qeyd edək ki, 32 yaşlı Camala Eurovision-2016-da Krım tatarlarının sovet illərində deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edib. Bu müğənninin əsl ad və soyadı Susanna Alimovna Camaladdinovadır. Qırğızıstanın Oş şəhərində anadan olmuş Susannanın atası Krım tatarı Alim Ayyaroviç Camaladdinov, anası isə Qalina Mixaylovna Tumasyandır.

2009-cı ildə "Novaya volna" mahnı müsabiqəsinə qalib gələndən sonra Susanna Camaladdinova Rusiyanın "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində anasının erməni olduğunu ilk dəfə mediaya bəyan etmişdi.
 
BAKU.WS