SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Evrovision" təmsilçimiz Səmra Rəhimli Stokholmda gəzintisini davam etdirir.

BAKU.WS məlumat verir ki, təmsilçimiz gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb:

"Anam ve bacımla gəzintidən fotolarım. Biz sevimli nağılım "Karlson"u yazan Lindqren Astrid yaşayan evin damında olduq. Daha sonra bizim Karlsonun olduğu bütün yerləri gəzmək imkanımız oldu. Həzz alın".
 
Daha sonra Səmra Fransa təmsilçisi Amir ilə birlikdə maraqlı vaxt keçirib. Onlar birlikdə şirniyyat hazırlayıblar.

Qeyd edək ki, "Eurovision-2016” mahnı müsabiqəsinin final şousu bu gün Stokholmun "Globe” arenasında baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle" mahnısı ilə təmsil edir. O, finalda 4-cü çıxış edəcək.
 
BAKU.WS