SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Mətanət Əliverdiyeva “Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.

BAKU.WS xəbər verir ki, bu haqda aparıcı “axşam.az”a açıqlamasında deyib.

O bildirib ki, fərqli bir şou hazırlayır:

“Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.

Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Space”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.

BAKU.WS