Tanınmış müğənni Beyons öz yeni klipi üçün 300 min dollara ayaqqabı alıb.

BAKU.WS-in məlumatına görə, ulduz müğənni özünə diqqət cəlb etmək üçün daha bir qəribə addım atıb. Öz yeni klipinin çəkilişlərinə hazırlanan 33 yaşlı Beyonsa təcili ayaqqabı lazım olub. Müğənni klip üçün aldığı ayaqqabıya nə az, nə çox - 300 min dollar ödəyib. 

"House of Borgezie Princess Constellation”dan alınan ayaqqabılar 18 karatlıq brilyantla əhatə olunub. Müğənninin bahalı ayaqqabısını Birminhemdən olan britaniyalı dizayner Kristofer Maykl tərəfindən hazırlanıb. Beyonsun yeni klipi bu ilin sentyabrında işıq üzü görəcək. 

Xatırladaq ki, Beyons bundan öncə də anoloji addımlar atıb. Müənni 50 min dollara özünə qayış almışdı.

 

BAKU.WS