SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün rejissor Emil Quliyevin "Pərdə" filminin təqdimat mərasimi keçirilib. 
 
BAKU.WS məlumat verir ki, Park Cinemada (Flame Towers) baş tutan qala gecəsinə Azər Qərib, Aydaş Məmmədov, Bəhram Bağırzadə, İlkin Həsəni, eks "Dəyirman"çılar Elmir Məhərrəmov, Malik Kələntərli və digər məşhurlar qatılıb.  Film bir ailənin faciəsindən bəhs edən sosial dramdır.

Filmdə baş rolları Tural Əhməd, Zaur Şəfiyev, Vüsal Mehrəliyev, Azər Aydəmir oynayıb. Onlarla yanaşı ekran əsərində əməkdar artistlər Zemfira Əbdülsəmədova, Ayşad Məmmədov, Nəsibə Eldarova da rol alıblar. 

Film «Art Film Baku» kinokompaniyası tərəfindən çəkilib. Layihənin prodüseri Sərdar Məlikməmmədovdur. Filmin ikinci rejissoru Azər Aydəmir, quruluşçu operatoru Rauf Qurbanəliyev, kreativ prodüseri İlkin Zəfərlidir. 

Ayşən Ayxan 
BAKU.WS