SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision 2013” təmsilçimiz Fərid Məmmədov ötən gün paytaxt məkanlarının birində özünə toy edib.
 
BAKU.WS məlumat verir ki, Lent.az-ın əməkdaşının iştirak etdiyi toyda maraqlı məqamlar olub. Belə ki, Nigar adlı xanımla nikah masasına oturan Fərid özəl gününə şou-biznesdəki dostlarını çağırmayıb. Toyun aparıcı müğənnisi Səməd Səmədov olub. Restoranın fotoqraflarına və gələn qonaqlara bəy və gəlinlə şəkil çəkdirməmək tapşırığı verilib. Toy isə naməlum səbəblərdən tez, 22:30-da başa çatıb. Bunun səbəbini bəyin yaxınlarından maraqlanmaq istəsək də, niyyətimiz boşa çıxdı.
 
Xatırladaq ki, F.Məmmədovun toyuna müəllimi əməkdar artist Aybəniz Haşımova belə dəvət olunmayıb. Əvəzində toyda iştirak edənlər arasında rəqqasə Fatimə Fətəliyeva, müğənni Vüqar Muradov olub. 

Qeyd edək ki, F.Məmmədov "Eurovisin 2013” mahnı müsabiqəsində "Hold me" adlı mahnını ifa edərək, həmin il yarışmada 2-ciliyi qazanmışdı.
 
BAKU.WS