SİZİN REKLAM BURADA!
055 213 76 73


MSK-nın 9 Fevral seçkilərinin ilkin nəticələrini açıqlayarkən 26 yaşlı gəncin deputat seçildiyi məlum olub.

BAKU.WS xəbər verir ki, nəticələrini maraqla gözlədiyimiz dairələrdən biri olan 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən 26 yaşlı Səbinə Xasıyeva deputat seçilib.

O, 45.8 %-lə bütün rəqiblərini, eləcə də məşhur REAL-çı Natiq Cəfərlini qabaqlayıb.

YAP tərəfindən namizədliyi irəli sürülmüş Səbinə Səməd qızı Xasayeva 1994-cü ildə anadan olub. Azərbaycan Xarici dillər Universitetinin bakalavr pilləsini bitirib, Azərbaycan Neft və Sənaye Universitetində isə (MBA üzrə) magistr təhsili alıb. İngilis və norvec dilllərini mükəmməl bilir.

Hazırda Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədr müavinidir.

BAKU.WS