SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərə səsvermənin nəticələrinin qardaş Azərbaycana xeyirli olmasını arzu edirik.

BAKU.WS Secki-2020.az saytına istinadən xəbər verir ki, bu fikir Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alır.

Türkiyə XİN-i seçkilərin bütün ölkə üzrə sabitlik şəraitində başa çatmasından məmnunluq bildirib.

Nazirlik aidiyyəti qurumların seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəldən göstərdikləri səyləri və Azərbaycan xalqının seçkidəki fəallığını təqdirəlayiq hal kimi dəyərləndirib.

BAKU.WS