VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrində kameraların üzərinin örtülməsi barədə məlumatlara Mərkəzi Seçki Komissiyası (MSK) münasibət bildirib.

MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı narazılıqlar olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır.

MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir. Kim istəsə, veb-kameralar vasitəsilə seçkini müşahidə edə bilər”.

BAKU.WS