SİZİN REKLAM BURADA!
055 213 76 73


23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan çoxsaylı uğurlu layihələrin gənc rəhbəri, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçicilərlə görüşlər keçirməkdə davam edir.

Bu barədə o, “Facebook” hesabında məlumat verib:

“Dostlar, bildiyiniz kimi təşviqat kampaniyasının bitməsinə sayılı günlər qalıb. Biz 23 saylı Nəsimi-Səbail seçki dairəsinin sakinləri ilə görüşlərimizi davam etdiririk.

Görüşlər zamanı şahidi oldum ki, mərkəzi küçələrdə yerləşən həyət evlərində yaşayan sakinlərin əsas problemi icra hakimiyyəti orqanlarının səlahiyyətli olduğu infrastruktur məsələsidir.

Əziz seçicilər, görüşmək istəyən hər kəs bizimlə əlaqə saxlaya bilər. Problemlərinizlə yaxından tanış olmağa hazırıq”.

BAKU.WS
QALEREYA