SİZİN REKLAM BURADA!
055 213 76 73


9 fevralda keçiriləcək VI çağırış növbədənkənar Parlament seçkilərinə artıq sayılı günlər qalıb.

Namizədlərin əksəriyyəti təbliğat-təşviqat kampaniyasını həm real, həm də virtual olaraq sosial mediada aparırlar.

Bu günlərdə 19 saylı Nərimanov seçki dairəsindən namizədliyini irəli sürmüş Oruc İbrahimovun sosial mediadakı rəsmi səhifəsində paylaşdığı video hər kəsin diqqətini cəlb edib.

Qapı-qapı dolaşıb seçiciləri ilə görüşən Oruc İbrahimov balaca dəstəkçisi ilə tanış olub. Bu balaca və ağıllı qız qapını döyən Oruc İbrahimovu dərhal tanıyıb və gördüyünə sevinib.

Oruc İbrahimov bildirib ki, kaş ki, seçki gününə daha çox vaxt qalaydı və o, hər bir seçicisi ilə şəxsən görüşərdi.

BAKU.WS
VİDEO