SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 1.1.19, 1.1.20, 40.4 - 40.6, 44 maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Milli Məclisə seçkilərlə bağlı bu müddət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edib. Eyni zamanda səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşının (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) Mərkəzi Seçki Komissiyasına müraciət etməsi üçün ayrılan müddət də bu gün başa çatıb.

Qeyd edək ki, ötən müddət ərzində Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün 1860 müşahidəçi MSK-da qeydiyyatdan keçib.

BAKU.WS