SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış vəkil Vasif İsrafilov 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən 9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində deputatlığa namizəd kimi iştirak edir.

Vasif İmaməddin oğlu İsrafilov 11 dekabr 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub. 2000-ci ildə ali məktəbə daxil olub, hüquqşünaslıq peşəsinə yiyələnib. Hərbi xidmətdən sonra ikinci dəfə hüquq təhsilini davam etdirərək universitetə daxil olub və paralel olaraq 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib.

2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür, hazırda Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilidir.

Ailəlidir, 2 övladı var.

Seçicilərə müraciət edən V. İsrafilov bildirib ki, bir sıra problemlərin həlli  Qanunverici Hakimiyyətdən - Milli Məclisin qəbul etdiyi qanunlardan birbaşa asılıdır. “Odur ki, hər birimiz Qanunverici Hakimiyyətə öz nümayəndəmizi seçərkən kimə səs vermək haqqında ciddi düşünməliyik. 9 fevral günü öz sabahını düşünən və ona laqeyd olmayan hər kəs fəal olmalıdır! Bu seçkilərin əvvəlki seçkilərdən əsas fərqi odur ki, bu seçkilər Azərbaycanımızın keçid dövrünü arxada qoyduğu, dövlətimizin daha da gücləndiyi, dolayısıyla mövcud olan problemlərin dövlət tərəfindən həll olunması üçün imkanların daha da artdığı bir dövrə təsadüf edir. Odur ki, biz bu seçkilərə daha böyük inamla gedirik”.

Vasif İsrafilov müraciətində qeyd edib ki, yaşlı-cavan, varlı-kasıb, kişi-qadın demədən bütün xaçmazlıların vəkili olmaq bu mübarizəyə qoşulub. “Xudat şəhərində daimi qərargahım olmaqla rayon əhalisi ilə mütəmadi olaraq görüşəcək, hər Xaçmazlının fərdi vəkili olacaq, həmişə əlçatan olacaq, hər bir vətəndaşın probleminə şəxsi problemim kimi yanaşacağam.

Milli Məclisin son bir neçə çağırışında bizim dairədən başqa bölgələrdən olan  şəxslər deputat seçilmişlər. İnanıram ki, bu dəfə əl-ələ verərək hamı səsverməyə gedəcək, öz rayonumuzun övladına səs verəcəkdir.

Xaçmaz rayonunun və Xudat şəhərinin problemlərini burada doğulub-böyüyən bir şəxs olaraq mən bilirəm və bu problemlərin həllini Sizlərlə birgə həyata keçirəcəyik!

9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində Sizin ailəni şəxsən Səsvermədə fəal iştirak etməyə dəvət edirəm”.

BAKU.WS
QALEREYA