SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qanunverici orqana seçkilər hər zaman cəmiyyət üçün önəmli olub. Azərbaycanda keçiriləcək parlament seçkiləri də bu baxımdan vacib əhəmiyyətə malikdir”.

BAKU.WS xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Avropa Parlamentinin üzvü, fransalı parlamentari Tieri Mariani bildirib.

“Hesab edirəm ki, yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. İnanıram ki, formalaşacaq yeni parlament ölkə üçün mühüm qərarlar qəbul edəcək”.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı gələcəyinin olduğunu söyləyən fransalı parlamentari bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

BAKU.WS