ADY karbon emissiyalarını azaltmaq üçün gördüyü tədbirləri açıqlayıb

ADY karbon emissiyalarını azaltmaq üçün gördüyü tədbirləri açıqlayıb
Sosial 14

2023-cü ildə Azərbaycanın dəmir yollarında karbon emissiyalarını 9 % azaltmaq mümkün olub.

BAKU.WS xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masada bildirib.

"Ölkə olaraq 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq öhdəliyimiz var. Bu məqsədlə müəyyən əməli addımlar atılır. Gəncə və Bakıda yeni anbarların istifadəyə verilməsi buna nümunədir", - deyə o qeyd edib.

"Bu il ilk davamlılıq hesabatımızı dərc edəcəyik. Bu hesabat nəqliyyat sektorunda dəmir yolu ilə bağlı öhdəliyimizə sadiqliyimizi nümayiş etdirəcək", - deyə R.Rüstəmov əlavə edib.

Похожие новости

Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsü...

52 Sosial 20:25 01 октября 2024

Последние новости