“Day.az” və “Today.az” layihələri satılıb

“Day.az” və “Today.az” layihələri satılıb
Общество 4322
«Day.az» və «Today.az» layihələri satılıb. Bu barədə APA-ya layihələrin keçmiş baş redaktoru Elnur Baimov məlumat verib.Onun sözlərinə görə, layihənin satılması ilə bağlı məsələləri təsisçi həll etdiyi üçün onun detallar barədə məlumatı yoxdur. E. Baimov əlavə edib ki, o layihənin yeni təsisçisi ilə birlikdə çalışmayacaq. Kollektiv üzvlərinin də layihədə qalıb-qalmayacaqları həllik məlum deyil. Qeyd edək ki, bu il fevralın 18-də «Day.az» və «Today.az» layihələri fəaliyyətini dayandırıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.Xatırladaq ki, «Day.az» 2003-cü ildə yaradılıb. Saytın təsisçisi millət vəkili Anar Məmmədxanov idi.

Последние новости