VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Unibank yerli biznesə dəstək məqsədi ilə biznes kreditlərini komissiyasız etdi. 8 aprel – 31 may tarixləri arasında müraciət edilən və 30 iyuna qədər rəsmiləşdirilən biznes kreditləri 0% komissiya ilə veriləcək.

Unibankın biznes sahibləri üçün keçirdiyi Bahar kampaniyası da davam edir. Kampaniya müddətində Unibankda ilk dəfə hesab açan korporativ müştərilər, bir sıra məhsul və xidmətlərdən pulsuz istifadə imkanı qazanırlar. Kampaniya aprelin 30-dək qüvvədədir.

Kampaniyada müddətində bankda hesab açan biznes sahibləri aşağıdakı hədiyyələri əldə edəcəklər:

-1 ədəd pulsuz biznes kart;
-Pulsuz POS- terminal qoşulması;
-1 aylıq pulsuz hesablaşma kassa əməliyyatları:

1.Konvertasiya;
2.Pul köçürmələri (AZN);
3.Valyuta köçürmələri;
4.Cari hesablardan nağd pulun çıxarılması (kartlardan ATM və Posterminal vasitəsi ilə nağlaşdırma və 1% vergi tutulması istisna olmaqla).

Bankda çox sərfəli şərtlərlə hesab açmağın əsl məqamıdır. Korporativ müştəriərin bank filialına gəlməsinə ehtiyac yoxdur, çünki olduğunuz yerdən və istədiyiniz valyutada hesab açmaq üçün onlayn müraciət edə bilərsiniz. Sahibkarlar elə indi hesab açılması üçün bu linkdən onlayn müraciət edə bilərlər ( https://onlineservices.unibank.az/AccountOrder/index.html)

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!