SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün xalqımız həmişə olduğundan daha artıq birlik nümayiş etdirir. Yaşlı nəsilə qayğı, bir-birinə dəstək, səbr və təmkin bu günlərdə bizdən tələb olunan və amansız xəstəliklə mübarizə üçün ən əsas vasitəyə çevrilib.

Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən “Expressbank” bu dəfə də xalqımıza dəstək məqsədilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulur.

Belə ki, “Expressbank” tərəfindən 150 000 AZN məbləğində vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsinə qərar verilib. Sözügedən Fond Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

Həmçinin, “Expressbank” ölkədə yaranmış karantin rejimini nəzərə alaraq, hazırda müştərilərə bank xidmətlərindən onlayn rejimdə faydalanmağı tövsiyə edir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında daha ətraflı məlumat üçün www.expressbank.az saytına daxil ola bilərsiniz.

BAKU.WS