VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aqrar sahəyə dəstəyi artırmaq məqsədilə Expressbank, Aqrar Kredit və İnkişaf Agentliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinə qoşulub.

BAKU.WS xəbər verir ki, əməkdaşlıq çərçivəsində Expressbank Layihənin Aqrobiznesə Maliyyə Xidmətləri üçün ayrılan kredit xəttindən vəsaitləri öz müştərilərinə təklif edə biləcək.

Birgə layihədə təqdim edilən kredit kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulub. Kreditin illik faiz dərəcəsi 8% - dən başlayır və məbləği 30 000 AZN–dən 800 000 AZN – dəkdir.

Qeyd edək ki, Expressbank son dövr ərzində biznes fəaliyyəti ilə məşğul olan müştərilərə göstərilən xidmət imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra tədbirlər görür. Bankın əsas strateji məqsədlərindən biri iş adamlarına, şirkətlərə dəstəyin göstərilməsi və onların yaxın tərəfdaşına çevrilməkdir.

Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

BAKU.WS