SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA 2019 Avropa Liqasının final oyununun Bakıda keçirildiyi həftə ərzində Bank of Baku fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Belə ki, 27 may – 01 iyun tarixlərində bankın “Azneft”, “Mərkəz”, “Səməd Vurğun”, “Neftçilər” filialı müştərilərə aşağıdakı iş qrafiki üzrə xidmət göstərəcək:

Müştərilər bankın yuxarıda qeyd olunan filiallarına yaxınlaşmaqla, həm Nağd Pul krediti və Bolkart kredit, debet kartları və Dostlar Klubu kartları əldə edə, həm də valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər.

Qeyd edək ki, “Azneft” filialı üzrə cədvəldə qeyd edilmiş günlər ərzində saat 20:00-dan sonra yalnız valyuta mübadilə əməliyyatları göstəriləcək.

“Bank of Baku”-nun filialları və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials
BAKU.WS