SİZİN REKLAM BURADA!
055 213 76 73


Bank of Baku müştərilərinin məmnuniyyətini düşünərək və çox saylı istəkləri nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçdi.  

Belə ki, bu gündən etibarən Bank of Baku-nun Azneft filialı,

    Bazar ertəsi – Cümə günləri saat 09:00-dan saat 21:00-a kimi (Nahar fasiləsi: 13:00 - 14:00);
    Şənbə - Bazar günləri 10:00-dan saat 21:00-a kimi (Nahar fasiləsi: 14:00 - 15:00);

Baş idarə və digər bütün filiallar isə, 

   Bazar ertəsi – Cümə günləri saat 09:00-dan saat 17:00-a kimi (Nahar fasiləsi: 13:00 - 14:00);
    Şənbə günü - saat 09:00-dan 18:00-a kimi (Nahar fasiləsi: 13:00 - 14:00) müştərilərin xidmətində olacaq.

Qeyd edək ki, yeni iş rejiminə əsasən, şəhərin tam mərkəzində - Neftçilər pr. 65 ünvanında yerləşən “Azneft” filialı həftənin 7 günü tam xidmət göstərəcək. 

Yəni, müştərilər I-VI günlər saat 20:00-a kimi, Bazar günü isə 21:00-a kimi bütün bank xidmətlərindən faydalanacaqlar. Göstərilən saatlarda filiala yaxınlaşan müştərilər həm kompensasiya məbləğini əldə edə, həm Nağd Pul krediti (restrukturizasiya daxil olmaqla) və ya Mikrokredit ala, həm də Bolkart kredit (debet) kartları və Dostlar Klubu kartlarını əldə edə, həmçinin valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər. 

“Bank of Baku”-nun filialları və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials

Daha ətraflı:

145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 
BAKU.WS