VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moody’s beynəlxalq reytinq agentliyi 2021-ci ilin ilk rübünün nəticələrinə dair dərc etdiyi son hesabatında “Bank of Baku”-nun reytinqini yenidən yüksəldərək proqnozunu stabildən pozitivə dəyişmişdir.  

Hesabat dövründə pandemiya şəraitinin yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, Bank kredit portfelinin dayanıqlı inkişafını təmin etmiş və sağlam kreditləşmə həyata keçirərək gəlirlərini yüksəltməyə nail olmuşdur.

Məhz bu inkişaf göstəricilərinə əsaslanaraq agentliyin analitikləri bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini yenidən dəyərləndirərək pozitivə yüksəldib, eyni zamanda bankın baza kredit qiymətləndirməsini B3 səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli kontragent risk reytinqini və uzunmüddətli kontragent risk qiymətləndirməsini B2 səviyyəsində stabil olaraq saxlayıb.

Qeyd edək ki, "Moody’s” ekspertlərinin bankın reytinqi ilə bağlı verdiyi pozitiv qiymətləndirmə ölkəyə dair olan pozitiv baxışlarının nəticəsidir. 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

BAKU.WS