SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yeni Ghost dünyanın hər yerindəki Rolls-Royce müştəriləri ilə ünsiyyətin nəticəsidir. Onların bir çoxu sürücülük dinamikasında itki olmadan arxada geniş yer təklif edən avtomobil üçün müraciət ediblər. Onlara həm iş, həm də şəxsi səyahətlər üçün ideal olan Ghost Extended-i yaratdıq", - Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars İcraçı Direktoru bildirib.

Extended versiyasının klassik Ghost modeli ilə müqayisədə 170 mm daha uzundur. Müştərilər Ghost-un lakonik dizaynından və minimalist estetikasından yayınmaq istəmədilər, buna görə markanın dizaynerləri artan ümumi uzunluğu gizlətməyə çalışdılar: avtomobilin ahəngdar siluetini qoruyaraq yalnız arxa qapılarını və arxa gövdə panellərini genişləndirdilər.

Ghost bu günə qədər texnoloji cəhətdən ən inkişaf etmiş Rolls-Royce-dur. Ghost Extended-in əksər sahibləri iş adamlarıdırlar, onlar üçün Wi-Fi və ən yeni əyləncə sistemlərinə giriş vacib şərtlər hesab olunur. Bununla birlikdə, texnoloji xüsusiyyətləri diqqətlə düşünülmüş və seçilmişdir ki, onlar diqqəti yayındırmayacaq və ümumi sükunət atmosferini pozmayacaqlar.

Yeni Ghost Extended-də texnoloji həllər həm şəhər, həm də şəhərkənarı avtomobilin idarə olunmasından zövq verir. Model 600 metrdən çox işıqlandırma diapazonuna malik lazer fənərləri, həmçinin innovativ təhlükəsizlik sistemləri ilə təchiz edilmişdir ki, bunların arasında, gündüz və ya gecə vaxtı yolda heyvanların və piyadaların peyda olması barədə xəbərdarlıq edən - Vision Assist sistemi; sürücünün yorğunluğunu təhlil edən Alertness Assistant sistemi; avtomobilin panoramik görüntüsünü, dairəvi görüntüsünü və havadan görüntüsünü təmin edən dörd kameralı monitorinq sistemi; aktiv kruiz-kontrol və s. də var.

Ghost Extended bütün yeni Rolls-Royce modellərində istifadə olunan patent olunmuş "Dəbdəbənin memarlığı" alüminium platforması üzərində qurulmuşdur. Yeni Planar asqısı əfsanəvi sehrli xalça gəzintisinin rahatlığını təmin edir. Avtomobildə ilk dəfə tətbiq olunan bu yenilikçi texnologiyanın inkişafı təxminən on il davam etdi. Bundan əlavə, Ghost Extended-də ilk dəfə olaraq tam ötürücülü sistem və tam idarəolunan şassi tətbiq olunacaqdır.

BAKU.WS