SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkəmizdə hər il sentyabrın 20-də neft sənayesi işçilərinin peşə bayramı – “Azərbaycan Neftçiləri Günü” qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq “Savalan-ASPI Winery” MMC yeni şərab – Nobel Exclusive Collection 2016-nı təqdim edəcək.

Azərbaycan ən qədim zamanlardan “Odlar yurdu” adlandırılmışdır. Belə ki, ölkəmizin ərazisi neft və qaz yataqları ilə zəngin olmuş və məhz Azərbaycan nefti sayəsində vaxtilə Nobel qardaşları öz biznes imperiyalarının əsasını qoymuşlar.

1874-cü ildə tüfəng qundağının istehsalında istifadə olunan nadir ağac növü üçün Bakıya gələn Robert Nobel neftlə bağlı geniş biznes imkanları görür və burada iş qurmaq fikrinə düşərək qardaşlarını da cəlb edir. Nobel qardaşları yeni texnologiyaları tətbiq edərək tezliklə dünyanın ən böyük neft sənayeçilərindən birinə çevrilirlər. 1989-cu ildə istedadlı alim və mühəndis Lyudviq Nobel texnologiyada mükəmməlliyə görə illik mükafat təsis edir və bu mükafat sonradan məşhur Nobel mükafatı kimi tanınır.

2015-ci ildə Nobel ailəsinin rəsmi nümayəndələri yeni şərab növündə onların şəxsi loqosundan istifadə etmək təklifi ilə “Savalan-ASPI Winery” MMC-yə müraciət edirlər. Bu təklif şirkət üçün böyük şərəf oldu və yeni kateqoriyanın – şəxsi, patentli adlı şərablar mənasını verən “Proprietary Wines”in formalaşmasının təməlini qoydu. Bu da yaxın gələcəkdə “Savalan-ASPI Winery” MMC-nin öz brendini tanıtmaq üçün yeni üfüqlər açacaqdır. Beləliklə, Nobel Exclusive Collection 2016-nın yaranma hekayəsi belə başladı.

Nobel Exclusive Collection 2016 – bənövşəyi-qırmızı, incə və sıx tanninlərlə zərif şərabdır. Qırmızı və qara giləmeyvə, eləcə də ədviyyatlı notalarla zəngin buketə malikdir. İpək-məxmər quruluşu ilə incə həll edilmiş turşuluğu içkini xüsusilə nəfis, zərif və eksklüziv edir.

Nobel Exclusive Collection 2016 şərabı – Alikante Buşe, Kaberne Savinyon və Kaberne Frank üzüm növləri kupajından hazırlanmışdır. “Ganimede” çənlərində xüsusi qayğı ilə fermentləşmiş, struktur dolğunlugu üçün 1 ildən artıq böyük palıd çənlərdə saxlanmışdır. Şərab zəngin rəngə, ağır taninlərsiz məxmər dada, cazibədar ətrə malikdir.

Nobel Exclusive Collection 2016 artıq ilk qızıl medalını – “Grand International Wine Award Mundus VINI 2020” 26-cı beynəlxalq müsabiqəsində alıb. Bu qələbə, şübhəsiz ki, son deyil və bir daha sübut edir ki, bənzərsiz iqlim şəraiti və mükəmməl istehsal keyfiyyəti sayəsində “Savalan” şərabları dünyaca məşhur brendlərlə bir sırada dayana bilər.

“Savalan-ASPI Winery” MMC və “Savalan” şərablarının fəaliyyətinə dair daha ətraflı məlumatı rəsmi saytında, həmçinin Facebook Instagram sosial şəbəkələrində tapa bilərsiniz, bütün əlaqə məlumatları aşağıdakı linkdədir.

BAKU.WS