SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın ən böyük yemək çatdırılma servislərindən biri olan Hungry.az xidmətlərin keyfiyyətini artırmaqda və istifadəçilərini yeniliklərlə sevindirməkdə davam edir.

Xidmətin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində bir sıra mühüm addımlar atıldı, bunlar arasında çatdırılma coğrafiyasının genişləndirməsi və çatdırılma saatlarının artırılması da var.

İndi kuryerlər sifarişləri 01:00-a qədər çatdırırlar. Çatdırılma zonalarının genişlənməsinə gəldikdə, Bakı kəndləri olan Şüvəlan, Buzovna, Bilgəh, Mərdəkan ərazisində və həmçinin Qara Qarayev, Xalqlar, Neftçilər, Əhmədli və Həzi Aslanov metro stansiyalarına yaxın ərazilərdə yaşayanları bu xəbər xüsusilə məmnun edəcək - evinizdən çıxmadan sevdiyiniz yeməklərdən dadmaq Hungry.az ilə indi real oldu.

Onlayn-aqreqator bununla da kifayyətlənmədi və ölkədə ilk olaraq marketlərlə işləməyə başladı. Uzun növbələrdə dayanmaq istəmirsiniz?

Hungry.az sifarişinizi hazırlayacaq, sizinlə bir daha onu razılaşdıracaq və birbaşa mənzilinizə çatdıracaq. Tərəfdaşlar arasında 20-dən çox Rahat Market filialı, Port Baku Bazar, Tahir97 və eko məhsullar üzrə ixtisaslaşmış bir sıra marketlər - Kənd Market, Qaymaq və digərləri yer tutur. Hazırda çatdırılma xidmətinə yeni marketlərin əlavə olunması üzrə işləri davam etdirir.

Yaxşı xəbərlərin siyahısı bununla bitmir - bir sıra restoranlardan çatdırılma 10, bütün marketlərdən isə 30 km-ə qədər aparılır!

Son hadisələr fonunda bir çox restoran iş saatlarını azaltdı, lakin bu dəyişikliklər çatdırılmaya təsir etmədi. Buna görə özünü təcrid zamanı darıxdığınız və sevdiyiniz yeməkləri sifariş edə bilərsiniz.

Əsas üstünlüklərindən biri olan nağd şəkildə ödəmə imkanı Hungry.az-ı istifadəçilərə daha yaxın edir. Lakin servis hər kəs üçün mümkün qədər rahat olsun deyə nağd ödəmə ilə bərabər onlayn ödəməni də artıq aktiv etdi.

İlk sifarişinizi etmək istəyirsiniz? Çox asan - iOS/Android üçün tətbiqetməni yükləyin və ya www.hungry.az saytı vasitəsi ilə sifariş verin. Bəyəndiyiniz yeməyi seçin və səbətə əlavə edin. Ünvanı və ödəmə üsulunu seçdikdən sonra sifarişin mərhələlərini, həmçinin xəritədə kuryerin hərəkətini izləyə biləcəksiniz. Müxtəlif restoranlarla tərəfdaşlıq çərçivəsində yalnız Hungry.az istifadəçiləri üçün təqdim olunan xüsusi aksiyalardan istifadə edə bilərsiniz. Buna görə də sevdiyiniz restoranlarınızı yoxlamağı unutmayın.

Hungry.az ən böyük, 100% yerli yemək çatdırılma şirkətlərindən biridir. Xidmət tərəfdaşlarının sayı 150-dən çoxdur və artmaqda davam edir. Şirkət istifadəçilərinin istəklərini dinləyir və xidmətlərin yaxşılaşdırılması üçün işlərini davam etdirir.

BAKU.WS
VİDEO

QALEREYA