SİZİN REKLAM BURADA!
055 213 76 73


“Lomonosov adına turnir” Beynəlxalq Olimpiadası riyaziyyat, fizika, astronomiya və Yer haqqında elmlər, kimya, biologiya, tarix, dilçilik, ədəbiyyat fənləri üzrə hər il keçirilən çoxmövzulu olimpiadadır.

Ölkəmizdə keçirilən turnirdə Azərbaycan və Rus bölmələrində təhsil alan 6-11-ci sinif şagirdləri riyaziyyat, kimya və fizika fənləri üzrə iştirak edə bilərlər. Tapşırıqlar onlayn formatda yerinə yetiriləcək.

Lomonosov adına turnirin əsas üstünlüklərindən biri - qaliblərinə Rusiya Federasiyasının ali təhsil müəssisələrində güzəştli təhsil almaq imkanı verməsidir.

Birinci tur iyun ayının 5-də Dərs Evi TIIM-in dəstəyi ilə keçiriləcək. Hər iki bölmədən ən yüksək bal toplayan şagirdlər sponsorlardan hədiyyələr və mükafatlar qazanacaqlar. Mükafatlandırma mərasimi 19 (20) iyun tarixi üçün planlaşdırılır.

Turnirin ikinci mərhələsi 2020-ci ilin sentyabr ayında nəzərdə tutulur, sonuncu mərhələ isə 2021-ci ildə Moskva şəhərində keçiriləcəkdir.

Finalın qalibləri beynəlxalq sertifikat, hədiyyələrlə təltif olunacaqlar və Rusiya Federasiyasının ali təhsil müəssisələrində güzəştli təhsil almaq imkanı əldə edəcəklər.

Iştirak üçün qeydiyyat mütləqdir:

http://www.olimpiada.org.az

BAKU.WS