SİZİN REKLAM BURADA!
055 213 76 73


7 noyabr 2019-cu il, Bakı – 7 noyabr tarixində Azərbaycanın milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, AZAL prezidenti Cahangir Əsgərov iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə mülki aviasiyaya göstərdiyi diqqət və qayğını vurğulamışdır. Bunun sayəsində mülki aviasiya Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmişdir.


Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı həyata keçirdiyi etibarlı, səmərəli və rahat sərnişin daşımaları ilə beynəlxalq nüfuz qazanmışdır. Ölkəmiz sonuncu Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal rəqabət qabiliyyəti” hesabatına görə, Fransa, Almaniya, İngiltərə, Avstriyanı və digər inkişaf etmiş ölkələri qabaqlayaraq Hava Nəqliyyatının Səmərəliliyi İndeksində 141 ölkə arasında 12-ci yeri tutmuşdur.

AZAL prezidenti uçuş heyətinə göstərdikləri yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafına verdikləri töhfə üçün təşəkkürünü bildirmişdir.



“Ümumilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi mülki aviasiyanın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir. Pilotlarımız bu tapşırığı yüksək səviyyədə yerinə yetirirlər və bu gün onları haqlı olaraq dünyanın ən peşəkar pilotlarından hesab edirlər" – Cahangir Əsgərov qeyd etmişdir.

Tədbir uçuşların təhlükəsizliyinin artırılması, müasir təyyarələrin istismarı, yeni texnologiyaların tətbiqi, uçuş heyətinin kvalifikasiyasının artırılması və s. kimi mövzuların müzakirəsi ilə davam etdirilmişdir.

AZAL prezidenti fərqlənmiş pilotları mükafatlandırmış, onlara xatirə hədiyyələr təqdim etmişdir.
BAKU.WS