SİZİN REKLAM BURADA!
055 213 76 73


(Azərbaycan, Bakı, 23 oktyabr 2019) Azərbaycanın paytaxtı Bakıda üçüncü “Huawei İnnovasiyalarının Avrasiya Günü” keçirildi. Mövzusu "Tamamilə qarşılıqlı intellektual Avrasiyanın yaradılması" olan bu İnnovasiya Günündə dünyaca məşhur beyin mərkəzlərinin işçiləri, mütəxəssislər, elm adamları, media nümayəndələri və bölgədəki İKT sektorundakı tərəfdaşlar da daxil olmaqla 200-dən çox qonaq iştirak etdi.

Avrasiya bölgəsində rəqəmsal iqtisadiyyatın inkişafını artırmağın yollarını birlikdə müzakirə etdilər, həmçinin, bu platformadan istifadə edərək Avrasiya bölgəsində rəqəmsal iqtisadiyyatın yüksək keyfiyyətli inkişafının sürətlənəcəyinə ümid edərək, innovativ texnologiyaların, məsələn 5G, bulud hesablama və s. ictimai xidmətlər, enerji, təhsil və nəqliyyat kimi sahələrdə istifadəsini nümayiş etdilər.

Fundamental tədqiqat sərmayələrinə diqqət ayıraraq, Huawei açıq innovaslyalar istiqamətini saxlayır.
2019-cu ildə Huawei dünyanın 500 ən böyük şirkəti arasında 61-ci yeri tutdu. 32 il əvvəl kiçik bir özəl müəssisədən Fortune 500 siyahısından olan şirkətinə çevrilmək üçün xeyli sayda faktor tələb olundu. Lakin müvəffəqiyyətin açarı uzun müddətli araşdırma və inkişafa investisiyanın yatırılması oldu.

Huawei texnoloji yeniliyə və araşdırmaya böyük əhəmiyyət verir və R&D sahəsinə ən azı 10%, son illərdə isə illik gəlirin təxminən 15% ayırır. 2018-ci ildə Huawei tədqiqat və inkişafa 14,8 milyard dollar sərmayə qoyaraq, 2018-ci ildə EU Industrial R&D Investment Scoreboard siyahısında beşinci yeri tutdu və Huawei'nin son 10 ildə bu sahədə yığılan xərcləri 73 milyard dolları keçdi.

Tədqiqat və inkişaf bir sprint deyil, bu bir marafondur, buna görə bir məsafəyə getdiyiniz zaman onu tərk edə bilməzsiniz. Növbəti bir neçə il ərzində Huawei tədricən illik R&D xərclərini 15-20 milyard dollar artıracaq. Müvafiq olaraq, illik patent müraciətlərinin sayı və Huawei lisenziyalarının sayı artmaqda davam edəcəkdir.

Şirkət "müştəriləri ön plana çəkmək" kursuna inadla yanaşır və müştəri ehtiyaclarına diqqət yetirərək, innovativ məhsul və həllərdən istifadə edərək müştərilərin gəlirliliyini artırırmağa kömək edir və müştərilər üçün daim dəyər yaradır.

3G və 4G texnologiyaları ilə yaradılan mobil internet insanların həyatını dərindən dəyişdirdi. Öz növbəsində, 5G rabitə yalnız insanlar arasındakı ünsiyyətə deyil, daha çox maddi obyektlərin şəbəkəyə qoşulmasına, fiber optik giriş sürətinin imkanı ilə, "sıfır" gözləmə ilə, kütləvi bağlantılar və ultra yüksək tutumu təmin etməklə şəbəkəyə bağlanmağa yönəldilmişdir.

5G texnologiyası müxtəlif sahələrdə yeni tətbiqlər alacaq və dünyadakı cəmiyyətləri tam qarşılıqlı vəziyyətə gətirəcəkdir. Huawei 5G texnologiya inkişafı sənayesində liderliyini davam etdirir. 5G həll yolları təqdim edən yeganə satıcı olaraq, rəqabətli həllər və tədarük həcmi baxımından çox irəlidə olaraq, Huawei 60-dan çox ticarət müqaviləsi bağladı və 400.000 modul göndərdi.

Huawei qlobal innovasiya qaynaqlarından tam faydalanır, açıq innovasiya yolu ilə addımlayır və dünyadakı mütəxəssis kadrları ortaq tədqiqat işləri aparmaq üçün cəlb edir, alimlərə dünyanı işıqlandıran və eyni zamanda Huawei-yə işıq verən bir mayak olmağa kömək edir.

Huawei, dünyada 1.8 milyard dollar sərmayə ilə 7.840 layihəni həyata keçirmək üçün 300-dən çox universitet və 900-dən çox tədqiqat müəssisəsi ilə tərəfdaşlıq edir və R&D sahəsində xarici əməkdaşlıq üçün 1000-dən çox müqavilə imzaladı. Bununla yanaşı, qəti şəkildə inanırıq ki, əqli mülkiyyət hüquqlarına hörmət və qorunma innovasiyaların həyata keçməsi üçün zəruri bir yoldur.

İntellektual mülkiyyət lisenziyası və ya kross-lisenziyalaşdırma yolu ilə öz intellektual mülkiyyət hüquqlarımızı dünya ilə bölüşürük və innovativ nailiyyətlərin ticarəti üçün fəal şəkildə təşviq edirik. Bir çox tədqiqat nəticələrini məqalə şəklində dərc edirik. Hər il sənayenin inkişafını sürətləndirmək üçün çox sayda texniki layihə və kodları Beynəlxalq Standartlaşdırma Təşkilatına və açıq mənbə cəmiyyətinə təhvil veririk.

Davamlı investisiya və innovasiya sayəsində davamlı inkişafa təkan veririk.
Davamlı investisiya Huawei-i dünyanın ən böyük patent sahiblərindən birinə çevirdi. 2018-ci ilin sonuna toplanmış nəticə ilə 87805 patent alındı. Huawei-in innovativ imkanları və nailiyyətləri bütün sahədə geniş tanınır və Huawei də bu nəticələri müxtəlif kanallar vasitəsi ilə istehsal və cəmiyyət ehtiyaclarına ötürür.

Tərəfdaşlarla əl-ələ olmaqla, Huawei rabitə operatorları üçün yenilikçi və təhlükəsiz şəbəkə avadanlığı təqdim edir, sənaye müştərilərinə açıq, çevik və etibarlı İKT infrastruktur məhsulları ilə təmin edir, həmçinin müvafiq sahədə müştərilərə davamlı inkişaf edən bulud xidmətləri ilə etibarlı təmin edir.

2018-ci ilin sonuna qədər dünyanın 500-dən çox operatoru, dünyanın ən yaxşı 500-lərindən 211 şirkət və dünyanın ən yaxşı 100-dən 48 şirkəti Huawei rəqəmsal transformasiya sahəsində tərəfdaş seçdi. Rəqəmsal uçurumu aradan qaldırmaq və texnoloji nailiyyətlərin hər insana, hər ailəyə, hər bir təşkilata fayda gətirməsi üçün çalışırıq.

ITU və GSMA görə, dünyada ev təsərrüfatlarının 66,3% -i hələ də İnternetə çıxışı yoxdur, əhalinin təxminən yarısı hələ də İnternetə qoşula bilmir və çox sayda şəhər sakini daxil olmaqla 2 milyard insanın yaxşı mobil genişzolaqlı xidmətlərdən istifadə etmək imkanları yoxdur. Huawei, dünyada rəqəmsal yarığını aradan qaldırmağa və davamlı yenilik sayəsində texnologiyanı daha sadə, daha rahat və daha əlverişli hala gətirməyə çalışır ki, daha çox insan rəqəmsallaşdırma və intellektualizasiyadan dividend əldə edə bilsin və insanlar hədsiz canlı həyat və daha da çox imkanlar qazansın.

Texnologiyaları mükəmməlləşdirərək, yenilikçi texnologiyalardan istifadə edərək, daha da gözəl bir intellektual dünyaya yol açırıq
Şəkil tanıma və simvolların optik tanıması kimi AI vasitələrindən istifadə edərək, StorySign əlavəsi məşhur uşaq kitablarını işarə dilinə çevirir, lal-kar uşaqların oxuması üçün imkan yaradır.

Kosta Rikadakı yağış meşələrində Rainforests şirkəti tərəfindən quraşdırılmış günəş enerjisi ilə işləyən yağış meşələrinin monitorinq avadanlığı 2500 kvadrat metr sahəni əhatə edir. Huawei Cloud-un kütləvi məlumat saxlama və intellektual analizindən istifadə edərək, real vaxt rejimində mürəkkəb yağış meşələrinin səs siqnallarını emal edir və dəqiq müəyyənləşdirir, qanunsuz ağackəsmənin qarşısını almaq üçün  mişar və yük maşınlarının səs-küyünü dərhal tanıyır.

Müdafiəsiz sosial qruplara kömək etmək, planetimizi qorumaq və insanla təbiət arasında ahəngdar bir inkişafa nail olmaq cəmiyyətin bütün sahələrinin diqqətini çəkən aktual məsələlərdir.

5G, bulud texnologiyası, əşyaların İnterneti və süni intellektin imkanlarını birləşdirən tətbiqlər, çoxsaylı şeylərin qavrayış, qarşılıqlı və ağıllı olmağa qadir olduğu bir dünya meydana gətirir. İntellektual aləm hər adi insana, hər böyük və kiçik müəssisəyə, hər səhəyə gəlir. Texnologiyanın inkişafı sayəsində dünya daha da gözəlləşir.

* Huawei İnnovasiya Günü
Huawei İnnovasiya Günü 2013-cü ildən keçirilir. Tədbir coğrafiyası London, Milan, Münhen, Paris, Sinqapur, Sidney və başqa şəhərləri əhatə etdi. 2017-ci ildən Huawei İnnovasiya Günü Avrasiyaya keçdi və artıq Astana və Daşkənd kimi şəhərlərə baş çəkdi. Tədbirdə 200-dən çox qonaq, o cümlədən dünyaca məşhur analitik mərkəzlərin işçiləri, mütəxəssislər, elm adamları, media nümayəndələri və bölgədəki İKT sənayesindəki tərəfdaşlar iştirak edir. Onlar Avrasiya bölgəsində rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək yollarını birgə müzakirə edən, habelə innovativ texnologiyaların istifadəsini nümayiş etdirən hökumət xidmətləri, enerji, təhsil və nəqliyyat kimi sahələrdə 5G, bulud hesablama və s., platformadan istifadə edərək Avrasiya regionunda rəqəmsal iqtisadiyyatının yüksək keyfiyyətli  inkişafını sürətləndirmək üçün çalışır.

Huawei şirkəti haqqında
Huawei, infokommunikasiya və infrastruktur həllərinin, eləcə də ağıllı cihazların aparıcı qlobal təminatçısıdır. İşinin əsas sahələri telekommunikasiya şəbəkələri, informasiya texnologiyaları, ağıllı qurğular və bulud xidmətləri, bununla belə Huawei rəqəmsal texnologiyaların həm iş üçün, həm də son istifadəçilər üçün əlçatan olmağa çalışır və ağıllı, mükəmməl bir ünsiyyət dünyasının yaranmasını daha da yaxınlaşdırır. Kompleks portfoliosundan olan Huawei məhsulları, həlləri və xidmətləri yüksək etibarlı və rəqabətlidir. Ekosistemdəki tərəfdaşlarla açıq əməkdaşlıq edərək, Huawei imkanlar dairəsini genişləndirərək müştəriləri üçün kommersiya potensialı qurur.

Huawei sərmayəsinin böyük bir hissəsini qlobal tərəqqiyə töhfə verən təməl tədqiqatlara yönəldir. Şirkətdə dünyanın 170-dən çox ölkəsində 188 mindən çox işçi işləyir. Huawei 1987-ci ildə qurulmuş özəl bir şirkətdir. Tamamilə işçilərə məxsusdur.
BAKU.WS