SİZİN REKLAM BURADA!
055 213 76 73


Yerli oyun startapımız Eleven Kings nüfuzlu Websummit tədbirində iştirak haqqı qazanıb. Seçim mərhələsindən uğurla keçən startap 4-7 noyabr tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək tədbirdə Azərbaycanı təmsil edəcək.

Bu haqda startapın təsisçisi Orxan Rzayev BAKU.WS-ə bildirib.
 
Təsisçinin sözlərinə görə, tədbirdə iştirak onlar üçün olduqca əhəmiyyətlidir:

"Mütəxəssislərin rəyinə görə, "Websummit" dünyanın ən nüfuzlu texnologiya tədbiri sayılır. Belə bir tədbirdə ALPHA Startap proqramına qəbul olmaq çox xoşdur və əhəmiyyətlidir.

Bir neçə ay sonra elan etməyi nəzərdə tutduğumuz 1 milyon dollarlıq toxum (seed) investisiya mərhələsi üçün danışıqlar aparmağa əlverişli fürsət yaranır".
 
Qeyd edək ki, Eleven Kings oyununda işlərə 2017-ci ilin avqust ayında başlanılıb. Ötən müddətdə komanda 150 min dollar toxumöncəsi (pre-seed) investisiya cəlb etməyi bacarıb.

Sentyabr ayında Eleven Kings oyunu Google Play-də android istifadəçilərə təqdim olunub. Yaxın günlərdə oyunun iOS ve Desktop versiyası da istifadəyə veriləcək.
 
Orxan Rzayevin sözlərinə görə, hədəf bir neçə il sonra dünyanın ən böyük futbol oyun platformasına çevrilməkdir:

"Ötən iki ildə bütün işlər planladırdığımız qaydada davam edib, hazırda da istədiyimiz nəticələri əldə edirik. Bu templə davam etsək, artıq 2020-ci ildə qlobal səviyyədə nəticələr görə bilərik.

Nəzərə alsaq ki, daxil olduğumuz bazarın illik dövriyyəsinin 500 milyard dollardan çoxdur, bu bizimçün böyük imkanlar yaradır".
 
Xatırladaq ki, Orxan Rzayev son bir ildə ABŞ, İspaniya, Almaniya, Çexiya, Polşa və Belarusda keçirilən startap tədbirlərinin də iştirakçısı olub, ABŞ və Avropalı investorlarla görüşlər keçirib.
BAKU.WS
VİDEO

QALEREYA