SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın zəngin futbol ənənələrinin bərpa edilməsinə töhfə vermək məqsədilə yaradılmış və bu səbəbdən “MİRAS FK” adlandırılmış futbol klubuna qəbul üçün baxışlar davam edir. Arif Əsədovun rəhbərliyi altında ölkə çempionatına hazırlıq çərçivəsində, komandanın əsas heyətinə 6 - 11 yaş qrupu üzrə baxışlar keçirilir (Bazar Ertəsi, Çərşənbə və Cümə günəri, saat 11:00-da).

Fərqlənmiş gənc futbolçular bir illik abunə sertifikatını və klubunun rəsmi formasını hədiyyə olaraq əldə edəcəklər. Miras Futbol Klubunun məşqləri H.Cavid prospekti 127m (Elmlər Akademiyası metrosunun yaxınlığında) ünvanında yerləşən FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, rahat soyunub-geyinmə otaqları və duş kabinələri ilə təchiz edilmiş AZFAR futbol meydançasında keçirilir. Sözügedən meydançaların ətrafında çoxsaylı avtomobil dayanacaqları mövcuddur. Məşqlərin gedişini rahat izləmək məqsədilə gənc futbolçuların valideynləri üçün xüsusi istirahət zonası yaradılmışdır.

Peşəkar məşqçi korpusuna malik olması, klubun bazasının əlverişli məkanda yerləşdirilməsi, klubun yetirmələrinə fərdi yanaşmanın nümayiş etdirilməsi, müxtəlif turnirlərdə iştirakı, klubun müasir infrastruktura sahib olması Miras Futbol Klubunun səciyyələndirən cəhətlərindən hesab edilir. Əlavə məlumat üçün: +99477 500 03 23 (Zəng və ya WhatsApp).

https://www.facebook.com/mirasfutbolklubu/ 
https://www.instagram.com/mirasfutbolklubu/

BAKU.WS