Məişət texnikası, elektronika və mebel sahəsində lider olmağı özünə hədəf qoyan “Optimal” şirkəti 1997-ci ildən etibarən xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdədir.

Daim ilklərə imza ataraq müştərilərini sevindirən “Optimal” 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyası çərçivəsində silsilə konsertlərinə Xaçmaz şəhərindən başladı.

Xaçmaz şəhəri Heydər Əliyev parkında baş tutan konsertdə Xaçmaz şəhər İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev, icra hakimiyyətinin səlahiyyətli şəxləri, minlərlə Xaçmaz sakini iştirak etdi.

Bəstəkar və sevimli müğənni Murad Arifin ifasıyla başlayan konsert proqramına sevilən ifaçılardan Sevil & Sevinc, Qurd, Nurlan Təhməzli, Yaşar Yusub, Elçin Hüseynov və Rəqqasə Fatimənin rəqsləri damğa vurdu.

Qeyd edək ki, “Şansınız Optimal Olsun” devizi altında başlayan kampaniya “Optimal” elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

Xəzər TV və “Optimal”ın layihəsi olan Yay Festivalı konsertləri 3 ay boyunca Azərbaycanın bölgələrində məşhur musiqiçilər ilə görüşünüzə gələcəkdir. 

Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaqdır.

Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”.
Optimal - Keyfiyyəti əlçatan etdik.
Ətraflı: 012 954
www.optimal.az


BAKU.WS


QALEREYA