SİZİN REKLAM BURADA!
055 213 76 73


Cərəyan itkisi ilə əlaqədar olaraq bəzi yol kəsişmələrində işıqforlar işləmir. 

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sürücülərdən işıqforlarların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Hal-hazırda işıqforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır:

M.Hüseyn küç. - Ş.Şamil küç.,
Ş.İ.Xətai pros. - Əhmədbəy Ağa oğlu küç.,
Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç.,
M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı),
Q.Qarayev pros. - C.Naxçivanski küç.,
Q.Qarayev pros.- A.Manafov küç.,
Babək pros.- 1-ci Köndələn
BAKU.WS