SİZİN REKLAM BURADA!
055 213 76 73


18 may tarixində Bakı növbəti dəfə möhtəşəm beynəlxalq tibbi elmi konfransa ev sahibliyi edib. 

5ci Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Modern Hospital, Azərbaycan Gənclər Fondu, Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutmuşdur.  Artıq 5-ci dəfə təşkil olunan konfransda 9 xarici ölkədən 32 beynəlxalq dərəcəli professor və mütəxəssis həkimlər iştirak edib. 

Ümumilikdə 7 Akademik paneldə 73 spiker Bariatrik, Dietoloji, Endokrinoloji, Psixoloji, Kardioloji, Uşaq piylənməsi, Hepatoloji sahələrdə piylənmənin təsiri mövzusunda öz bilik və təcrübələri ilə bağlı təqdimatlarını paylaşıblar.  Ölkəmizdə ümumi səhiyyə sferasında tanınmış, tibbin müxtəlif sahələri üzrə mütəxəssis olan 41 yerli çıxışçı (professor və həkimlər) da konfransın gedişatı boyunca gənc səhiyyə işçiləri və bu sahəyə marağı olan 1000-dən çox iştirakçı ilə əhəmiyyətli, maarifləndirici bilgiləri  bölüşüblər.   
 
Hazıda  cərrahiyyənin daha çətin, önəmli və müasir sahələrindən biri olan Bariatrik-Metabolik cərrahiyyə çox sürətlə inkişaf etməkdədir. Bu inkişafa son 5 ildə ölkəmizin də qoşularaq yararlanması imkanları formalaşıb. Bu baxımdan öz faydalı işləri ilə hər zaman fərqlənən elmi dərnək olan Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin  hər il elmi təşkilatçılıq etdiyi Beynəlxalq konqreslərin xüsusi rolu var. Bu dəfəki konqres də Beynəlxalq İFSO ( International Federation for the Surgery of Obesity and Metabolic Disorders) tərəfindən rəsmi təsdiq olunaraq həyata keçirilib. 

Bu konfransın təşkil olunmasında həmçinin Azərbaycan Tibb Universiteti, ATU, “Dan” ictimai birliyi və TOSS (Turkish Obesity Society of Surgery) da elmi tərəfdaş olaraq çıxış edib.

Tədbirin gündəliyində Azərbaycana ilk dəfə olaraq  bu sahədə yerli tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə Bariatrik cərrahi vərdişlər kursu təşkil olunaraq bu sahəyə marağı olanlara sertifikatlar verilib.

Bu ilki konqresin önəmli məqamlarından biri də konqresin materialları və təqdim edilən tezislərin beynəlxalq səviyyədə tanınan LESS (Laparoscopic Endoscopic Surgical Science) jurnalında dərc edilələcəyi oldu.

Konqres və kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunub  ( 16 CME balı).  Bu tədbir və kurs  İFSO tərəfindən rəsmi olaraq tanınır və təsdiqlənir. (ötən illlərdə olduğu kimi  https://ifso.com/ifso-endorsed-meetings/ )
Kongresin Təşkilat Komitəsinin sədri, Bariatrik Metabolik cərrah PhD. Dr. Taryel Ömərov tədbir haqqında öz fikirlərini bizimlə paylaşıb:

“Konfrans gözlədiyimizdən də möhtəşəm bir şəkildə baş tutdu. Bu konfransın möhtəşəm olmasının bir neçə səbəbi var. 

1.    Müxtəlif dünya dövlətlərindən çıxışçı qismində dəvət olunmuş 30-dan çox professorların iştirakı
2.    Konferansın programının tam və mütəşəkkil şəkildə mövzunu əhatə etməsi
3.    Dünyanın ən aktual problemlərindən olan piylənmə xəstəliyinin müalicəsinin hərtərəfli müzakirə olunması (Bariatrik metabolik Cərrahiyyə, Endokrinologiya, Dietologiya, Anesteziologiya-Reanimasiya, Kardiologiya, Uşaqlarda piylənmə, Psixologiya və s.)  
4.    Artıq 6cı ildir ki ölkəmizdə müxtəlif çeşidli Bariatrik Metabolik əməliyyatlar aparırıq və həmçinin 5ci ildir ki, yerli kadrların hazırlanması, marifləndirilməsi istiqamətində beynəlxalq səviyyəli konqreslər təşkil edirik. Buna görə də bu konfransın ən əsas özəlliklərindən biri də o idi ki, tədbirdə ilk dəfə olaraq yerli kadrların bu sahədə olan təcrübələrini özündə əks etdirən panel formalaşdırıldı.

Bütün bunlar bizə deməyə əsas verir ki, artıq biz də yetəri qədər təcrübəyə sahib yerli kadrlar ilə birlikdə dünya səviyyəli konqreslər keçirməyə hazırıq. 

2018ci ilin beynəlxalq tibbi statistikalarına baxdıqda görə bilərik ki, dünyada 500000 civarında müxtəlif çeşidli bariatrik metabolik cərrahi əməliyyat icra olunub. Bunun 228000-i Amerikada icra olunmuşdur. Son 6 ildə ölkəmizdə 2000-dən çox Bariatrik Metabolik cərrahi əməliyyatı uğurla icra olunmuşdur. Bu isə bizə bunu deməyə əsas verir ki, sürətlə inkişaf edən ölkəmizdə səhiyyəmizin də çox perspektivli inkişafında bu sahədə aparılan işlər təqdirəlayiqdir. Biz yalnız əməliyyatların aparılması deyil, yerli kadrların hazırlanması istiqamətində müxtəlif işlər aparırıq. Düşünürük ki, bu sahədə gördüyümüz işlərlə dünya Bariatrik Metabolik cərrahiyyə elminə dəryada bir damla qədər bizim də tövhəmiz olmuşdur.
BAKU.WS
QALEREYA