Rəqəmsal elektronika və məişət texnikası satışı ilə tanınmış MAXİ.AZ şəbəkəsi Ad Gününü təntənə ilə qeyd edir!!!

2019-cu il aprelin ortasında, daha dəqiq qeyd etsək - aprelin15-də keçirilən bu tədbir MAXİ.AZ dükanlar şəbəkəsinin müştəriləri ilə bölüşmək istədiyi ən parlaq bir bayram olacaq.

Bununla əlaqədar yaz fəslinin 3 həftə sonu günləri ərzində, 12, 13 və 14 aprel tarixlərində MAXİ.AZ şəbəkəsi öz Ad Gününü şən və sevinclə qeyd etməyi planlaşdırır və hər kəsə bu bayramı onunla paylaşmağa dəvət edir. Şəbəkənin 4 dükanında bütün alıcılar üçün parlaq və əyləncəli proqram təşkil olunacaq. Sizləri müğənni, DJ, sehrbaz, ağacayaq üstündə artistlər şənləndirəcək! Müxtəlif sürprizlər sizi gözləyir, ən əsas sürpriz isə MAXİ.AZ ilə bir gündə ad günü olan alıcılar üçün olacaq!

15 aprel tarixində, yani MAXİ,AZ ilə eyni gündə ad günü olan bəxtəvərlər, mütləq gəlin və MAXI.AZ şəbəkəsindən Röndell brendindən olan hədiyyənizə sahib olun!


Bayram tədbirlərinin cədvəlini diqqətinizə yetirmək istəyirik:

•12 aprel saat 18:00 – 20:00-dək Bakı, Maxi.az – Gənclik Mall filialı (F.X.Xoyski prospekti, Gənclik metrosu)
•13 aprel saat 12:00 – 14:00-dək Baki, Maxi.az – 28 May filialı (Nəsimi rayonu, 28 May küçəsi, 20)
•13 aprel saat 15:00 – 17:00-dək Baki, Maxi.az – Xalqlar filialı (Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 3)
•14 aprel saat 13:00 – 15:00-dək Sumqayıt, Maxi.az – Sumqayıt filialı (2-ci mkr., Sülh və Nərimanov küçələrinin kəsişməsi)

Indi isə bir qədər tarix: telekomunikasiya bazarında 20 ildən artıq fəaliyyət göstərən böyük distribütor şirkəti olan İnteqral 2006-cı ildə “Telefon” ticarət markası altında ilk pərakəndə satış dükanının açılmasına qərar verir. Sonra bu mağaza Bakıda və Sumqayıtda 25 mağaza və Gürcüstanda 11 mağazadan ibarət olan mobil telefonların pərakəndə satışında əsaslanan böyük şəbəkəyə çevrildi. Rebrendinqdən sonra şəbəkə “İntegral Plus” adını alır və mobil telefonlar və aksesuarların satışı şəbəkəsi kimi fəaliyyətinə davam edir. Və nəhayət, daha bir neçə il keçdikdə, “İntegral Plus” şəbəkəsinin rəqəmsal elektronika və məişət texnikası satışı ilə məşğul olan ölkəmizdə ən böyük MAXİ.AZ dükanlar şəbəkəsinə çevrilməsi baş verir, hansı ki, ilk dəfə 15 aprel 2016-cı il tarixində alıcılar üçün qapılarını açmışdır.


Bu gün MAXİ.AZ Azərbaycanın 3 şəhərində fəaliyyət edən 11 böyük dükandır!

150-dən çox rəsmi tərəfdaş və distribütorlar!

İnternet-mağazada 5000 növdən çox məhsul çeşidi!

Hər bir məhsul üçün rəsmi zəmanət, səlahiyyətli çağrı mərkəzi və 2 gün ərzində Azərbaycanın istənilən nöqtəsinə sürətli çatdırılma!

Maxi – maksimal çeşid, maksimal keyfiyyət, maksimal xidmət, lakin maksimumdan tam uzaq olan qiymətlərdir! Çünki rəsmi texnikanı vasitəçilər olmadan, birbaşa təchizatçılardan əldə edən Maxi.az şəbəkəsi məhsullarını münasib qiymətə satmaq imkanına malikdir.

MAXİ.AZ, Ad Günün mübarək!