SİZİN REKLAM BURADA!
055 213 76 73



"Nirrin" sağlamlıq və gözəllik mərkəzinin 5 yaşı tamam olub.


BAKU.WS-in məlumatına görə, mərkəzin yubileyi və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan təntənəli tədbirdə tanınmış incəsənət xadimləri, məşhur ulduzlar və "Nirri"nin daimi xanım müştəriləri iştirak edib.


Tədbir aparıcıları Kamilə Babayeva və Fariz İlyasov, ilk növbədə, mərkəzin uğurlu fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, "Nirrin" sağlamlıq və gözəllik mərkəzində tibbi reabilitasiya, kosmetologiya, aparat kosmetologiyası, üz və bədən korreksiyası və s. sahələr üzrə yüksək səviyyəli xidmət göstərilir.

Bir çox tanınmış simaların da seçimi məhz "Nirrin" sağlamlıq və gözəllik mərkəzidir.


Gecəyə qatılan tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova gözəlliyini və sağlamlığını "Nirrin"ə etibar etdiyini qeyd edib. Modelyerin sözlərinə görə, mərkəzin peşəkar kollektivinin daim öz üzərində çalışması, bütün yenilikləri Azərbaycana gətirməsi onu bir müştəri kimi çox sevindirir.


"Avroviziya" qalibi, tanınmış müğənni Nigar Jamal da mərkəzin daimi müştərilərindən biridir. Mərkəz haqda danışan ifaçı buradakı yüksək səviyyəli xidmətdən məmnun olduğunu bildirib. N. Jamal həm sağlamlığını, həm də gözəlliyini məhz "Nirrin"ə həvalə etdiyini qeyd edib.


"Nirrin" uğurlu fəaliyyəti dövründə 2017-ci ildə "Uğur" mükafatına da layiq görülüb.

Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən "Nirrin" sağlamlıq və gözəllik mərkəzi hər bir müştəriyə özəl yanaşma göstərir. Gözəlliyinizi peşəkarla etibar edin!

"Nirrin"in ən son yenilikləri haqda məlumatlı olmaq üçün mərkəzin "Facebook""Instagram" səhifələrini izləyə bilərsiniz.

Əlaqə nömrələri: (+994) 12 505 25 25, (+994) 77 505 25 25 . 

Hüseyn Məmmədsalahov
BAKU.WS