SİZİN REKLAM BURADA!
055 213 76 73


“Park Yasamal” yaşayış kompleksində yeni mərhələnin mənzilləri satışa çıxdı.

Böyük bir yaşayış kompleksinin davamı olaraq inşa olunan “Park Yasamal”ın yeni mərhələsində 2, 3, 4 otaqlı mənzillər mövcuddur.

Tam təmirli şəkildə təqdim edilən mənzillər sərfəli şərtlərlə satılır. 20% ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiz.

Kompleks şəhərin mərkəzinə yaxın, Yasamal rayonunda 3 saylı “ASAN xidmət” mərkəzinə qısa məsafədə yerləşir. “Kaktus restoranı” olaraq tanınan ərazidən Yasamal gölü istiqamətində yeni yol çəkilir. Bu yeni yol ilə kompleksin yerləşməsi daha da əlverişli olacaq.

“Park Yasamal” yaşayış kompleksinin yeni mərhələsi Yasamal gölünün tam yanında salınır və gölətrafı bulvar ərazi də sakinlərin istifadəsinə veriləcək. Kompleksdə göl mənzərəli mənzillər, geniş və yaşıl həyət, 5 hektarlıq şamlıq parkı, müxtəlif təyinatlı ticarət obyektləri, istirahət zonaları, uşaq oyun meydançaları, klinika, məktəb, bağça və fitnes mərkəzi hər yaş qrupuna aid sakinlərin rahatlığına daha da rahatlıq qatacaq.

Daha ətraflı: *1544 / 051 255 05 55

www.kristalabsheron.az

BAKU.WS
QALEREYA