SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycanda istifadəçilərin səfər məlumatlarına daxil ola bilmir.

BAKU.WS xəbər verir ki, bu barədə “Yango” şirkətinin Mətbuat Xidməti açıqlama yayıb.

Açıqlamada deyilir:

“Rusiya qanunvericiliyi “Yango”nun beynəlxalq biznesinə və onun istifadəçilərinə şamil edilmir.

Bu, sentyabrın birindən sonra da dəyişməyəcək. Azərbaycanda və digər ölkələrdə xidmət Hollandiya hüquqi şəxsləri tərəfindən təmin edilir.

Şirkət istifadəçi məlumatlarını respublikanın qanunvericiliyinə və GDPR standartlarına uyğun olaraq emal edir, həmçinin məlumat subyektlərinin bütün nəzərdə tutulan hüquqlarını təmin edir.

Əvvəllər olduğu kimi, xidmətin Rusiyadan kənarda fəaliyyəti ilə bağlı məlumatlar yalnız Hollandiya hakimiyyətinin Hollandiya hüquqi şəxsinə rəsmi sorğusu əsasında və yalnız müəyyən edilmiş beynəlxalq prosedurlar çərçivəsində tələb oluna bilər.

Şirkətimiz SOC2/3 beynəlxalq ictimai hesabatı ilə təsdiqlənən yüksək təhlükəsizlik siyasəti standartlarına malikdir.

BAKU.WS