SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 6-da Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək. “Heydər Camalın həyat yolu” mövzusunda danışılacaq görüş saat 20:00-da baş tutacaq.

Tədbirin biletlərini şəhərin bütün kassalarından, Gənclik və 28 MALL ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və 44 günlük Vətən Müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanmışdır.

BAKU.WS