SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyanın moda paytaxtı hesab olunan Milan şəhərində azərbaycanlı dizaynerlərin iştirakı ilə mötəbər moda proqramı baş tutmuşdur. Yeni başa çatan beynəlxalq layihə moda dizayneri və iş insanı Aişa Mikayılın rəhbərliyi ilə keçirilmişdir.

1 həftə davam edən layihə çərçivəsində proqram iştirakçıları Milan şəhərinin mərkəzi və ən böyük tədbir zalı Palazzo del Ghiaccio-da moda gecəsinin qonağı olmuş, moda kolleksiya göstərisini (fashion show) izləmiş, italyan və azərbaycanlı moda sektor nümayəndələrinin seminarlarında iştirak etmişlər.

Bundan əlavə, Azərbaycandan və İtaliyadan olan moda dizaynerlərinin şəbəkələşməsi, onlar arasında qarşılıqlı əlaqələrin yaranması, əməkdaşlıq imkanlarının genişlənməsi üçün müvafiq formatda görüşlər keçirilmişdir. Proqram iştirakçıların Milan və Roma şəhərlərinin gəzməli və görməli yerlərinə səyahətləri ilə başa çatmışdır.

BAKU.WS
VİDEO

QALEREYA