SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda “Apple” brendinin rəsmi tərəfdaşı olan Bytelecom şirkəti öz yeniliyi ilə müştərilərini sevindirib.

BAKU.WS xəbər verir ki, mobil telefon bazarının dinamik brendlərindən olan Bytelecom-un “Apple” şirkəti ilə bağladığı yeni müqaviləyə əsasən, alıcılara təqdim edilən məhsullar “Apple” zəmanətli olacaq.

Bu barədə Bytelecom şirkətinin “Apple” brendi üzrə meneceri və mağaza müdiri Orxan Qasımov BAKU.TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkət müştərilərin əldə etdiyi “Apple” brendinə aid məhsullara bir il müddətinə beynəlxalq rəsmi zəmanət verir.

Belə ki, istənilən məhsulda istehsalçı qüsurları aşkarlandıqda, həmin məhsul yenisi ilə əvəz olunacaq:

“Müştərilərimizə daha yaxşı xidmət göstərmək üçün “Apple” şirkətinə müraciət edərək Azərbaycanda rəsmi satış nümayəndəsi olmaq istədiyimizi bildirdik. Bunu etməkdə məqsədimiz müştərilərimizə keyfiyyətli xidmət göstərə bilməkdir. Buna nail olduq. “Apple” şirkəti bu istəyimizi qarşılıqsız qoymadı və bu müqavilə imzalandı.

Bytelecom-u digər mağazalardan fərqləndirən cəhət buradan alınan istənilən məhsulun rəsmi “Apple” zəmanətli olmasıdır. Yəni məhsulların bir il ərzində “Apple” tərəfindən zəmanəti var. Bundan əlavə, yaranan istənilən qüsurda telefon heç bir halda təmir olunmur. Yenisi ilə əvəz olunur və bununla da alıcı yeni məhsul əldə etmiş olur. Bu proses heç bir əlavə ödəniş ödənilmədən həyata keçirilir”.

Müştərilər Bytelecom mağazalarına yaxınlaşaraq burada müxtəlif “Apple” məhsulları: istər kompüterlər, istərsə də telefonlar, İpad-lar əldə edə bilərlər.

Alıcılar daha çox yeni məhsul olan “İphone 14Pro Max” modellərinə üstünlük verirlər. Lakin “Apple” brendinə aid qulaqcıqlar və noutbuklarla da maraqlanalar az deyil.

Müştərilər Bytelecom şirkətindən aldıqları bütün məhsulları sərfəli şərtlərlə kreditlə yaxud da taksit kartları ilə əldə edirlər. Onlar bu məhsulları heç bir ödəniş etmədən 24 aya qədər komisiyyasız alırlar.

Bytelecom şirkəti qarşıdan gələn “Mart – Beynəlxalq Qadınlar Günü” və “Novruz Bayramı” münasibətilə də müştərilərinə başqa kampaniyalar təqdim edəcək.

Bayrama özəl xüsusi endirimlər və güzəştli kredit şərtləri “Apple” brendinə aid məhsulları alan müştəriləri gözləyir. Məhsullarda müştərilər üçün hədiyyələr də olacaq.

Nəzərinizə çatdırmaq istərdik ki, Bytelecom şirkəti 2011-ci ildən müştərilərə xidmət göstərir. Şirkətin Bakı şəhərində “Fəvvarələr” meydanı və Azadlıq prospekində olmaqla iki, Şirvan, Lənkəran və Xaçmaz rayonlarında isə 3 filialı mövcuddur. Yaxın gülərdə şirkətin Sabirabadda yerləşən 6-cı filialı da müştərilərin istifadəsinə veriləcək.

Bytelecom şirkətinin məhsullarını əldə etmək istəyənlər *2777 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.

BAKU.WS
VİDEO

QALEREYA