SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər zaman müştərilərini sevindirməyə çalışan Bank of Baku bu dəfə futbol azərkeşlərinin ürəyindən xəbər verəcək lotereya kampaniyasına start verir.

Qətərdə baş tutacaq futbol üzrə 2022-ci il dünya çempionatına özəl olaraq keçirilən lotereyada bütün DostBank istifadəçiləri iştirak edə bilər. DostBank-da minimum 10 AZN ödəniş edərək lotereyada qalib olan şəxsləri aşağıdakı hədiyyələr gözləyir:

1. Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkəyə 2 nəfərlik səyahət paketi (aviabilet, mehmanxana, transfer, səhər yeməyi, viza dəstəyi);

2. 2022 AZN pul mükafatı;

3. 5 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının qalibi olmuş ölkənin futbol komandasının rəsmi uniforması;

4. 10 ədəd - Futbol üzrə 2022-ci il dünya çempionatının futbol topu.

Bank of Baku-nun Dostbank mobil tətbiqində edilən hər 10 AZN-lik uğurlu ödəniş, lotereyada 1 iştirak şansı verir. Müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 11 AZN, 15 AZN, 8 AZN-lik ödənişlər edibsə, ödənişlər toplanır - 11+15+8=34. Deməli, müştəri lotereyada 3 iştirak şansı əldə edir. Ümumilikdə hər 10 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara daxildir:

Mobil operator ödənişləri;

Kommunal ödənişlər;

TV və internet provayder ödənişləri;

Büdcə ödənişləri;

Stasionar telefon ödənişləri.

Dostbank mobil tətbiqində edilən hər 50 AZN-lik uğurlu ödəniş də lotereyada 1 iştirak şansı qazandıracaq. Bu zaman da müştərinin lotereya dövrü ərzində aşağıda qeyd olunan kateqoriyalar üzrə ödənişlərin miqdarı sonda cəmlənəcək. Məsələn: Müştəri lotereya dövrü ərzində 51 AZN, 55 AZN, 100 AZN dəyərində kredit ödənişi edibsə, ödənişlər toplanır - 51+56+100=207. Bununla da müştəri lotereyada 4 iştirak şansı qazanır. Toplamda hər 50 AZN-lik ödənişlərə 1 iştirak şansı verən əməliyyatlara isə aşağıdakılar daxildir:

Bank of Baku üzrə kredit ödənişləri;

İpoteka və kredit zəmanət fonduna məxsus kredit ödənişləri;

Baku Electronics və Bank olmayan kredit təşkilatları TCF və Embafinans-a məxsus kredit ödənişləri.

Qeyd edək ki, lotereyada yalnız DostBank-da ödəniş edən Bank of Baku müştəriləri iştirak edə bilər. Bir müştəri lotereyada yalnız bir dəfə qalib ola bilər və Bank of Baku-nun əməkdaşları lotereyada iştirak hüququna sahib deyil.

Lotereya 20.11.2022 - 20.12.2022-ci il tarixlərini əhatə edir. Qaliblərin seçimi 25 dekabr 2022-cü il tarixində birdəfəlik tirajla həyata keçiriləcək.

Bank of Baku-nun təşkil etdiyi lotereyada hədiyyə qazanmaq şansı əldə etmək istəyən şəxslər, bankın məhsullarından faydalanaraq bankın müştərisinə çevrilə və DostBank-dan qeydiyyatdan keçib ödəniş edərək lotereyada iştirak edə bilərlər.

Lotoreya haqqında ətraflı məlumatı buradan - bit.ly/3TJZepH əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

BAKU.WS