VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Tez Tour” turizm operatorunun Azərbaycandakı səlahiyyətli agentliyi olan “Best Tour” şirkətinin dostları və tərəfdaşları bu günlərdə “Best Tour”un 10 illik yubileyini qeyd etmək üçün “Four Seasons Hotel Baku”-da toplaşmışdılar. Qonaqları “Best Tour” şirkətinin yaradıcısı və direktoru Cəlalə Xəlilova və onun mehriban kollektivi qarşıladı. Gözlənildiyi kimi, hamı qırmızı-qara rəngdə geyinmişdi. Bayram tədbirinin dress-kodu da eyni rəng qammasında idi.

Tədbirin lap ilk dəqiqələrindən bayram əhval-ruhiyyəsi hiss olunurdu: qucaqlaşma, gül dəstələri, fotolar və əlbəttə, çoxsaylı təbriklər...

Əvvəlcə gecənin aparıcısı Hüsniyyə Məhərrəmova səhnəyə çıxdı və söhbətinə ondan başladı ki, yubileylə əlaqədar görüş bütün Azərbaycan xalqının böyük bayramı - İkinci Qarabağ müharibəsində Qələbənin ikinci ildönümü günü ərəfəsində keçirilir və təşkilatçılar belə mühüm tarixi hadisəni diqqətsiz qoymayıblar. Gecənin aparıcısı əmin olduğunu bildirdi ki, bir müddətdən sonra bütün dünyadan turistlər Azərbaycanın incisi Şuşanın gözəlliklərini görmək üçün ölkəmizə gələcəklər.

Sonra Hüsniyyə xanım etiraf etdi ki,onun Bakıda ən sevdiyi yerlərdən biri Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdır və o harasa səyahət edib yeni emosiyalarla evə geri dönəndə çox sevinir. Bu emosiyaları Best Tour şirkəti artiq 10 ildir ki müştərilərinə yaşadır.

Sonra çıxış üçün “Best Tour” şirkətinin direktoru Cəlalə Xəlilovaya söz verildi. O, şirkətin fəaliyyətindən və turizm bazarında müvəffəqiyyətlərindən danışdı. Məlum oldu ki, onun yetirməsi – “Tez Tour” şirkətinin Azərbaycandakı səlahiyyətli agentliyi olan “Best Tour” - 2014-cü ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü, həmçinin məşhur “Kilit Global” operatorunun Azərbaycan üzrə əsas agentidir. Cəlalə xanım onu da qeyd etdi ki, şirkət on il ərzində daxili və xarici turizmlə müvəffəqiyyətlə məşğul olur, turizm xidmətlərinin geniş spektrini: istirahətin, korporativ səfərlərin, konfransların və seminarların, müalicə-sağlamlaşdırma, maarifləndirici və idman turizminin, avia və nəqliyyat daşımalarının təşkili üzrə xidmətlərin bütün növlərini həyata keçirir.

Yubiley gecəsinin xüsusi musiqili qonaqları - “Avroviziya” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal öz Avroviziya hitlərini, həmçinin əfsanəvi “Karvan” qrupunun repertuarından bir retro-hiti ifa etməklə bayram şənliyini bəzədilər. Tədbirin təşkilatçıları Dilarə Kazımovanın çıxışını “desert” kimi sona saxlamışdılar, onun “qaynar hitləri” səslənəndə qonaqların çoxu rəqs meydançasına can atdı və müğənni ilə birlikdə meydanı qızışdırdılar.

Bayramın finalında qonaqları yubilyarlardan hədiyyə – üzərində şirkətin loqotipi olan böyük tort, həmçinin sürpriz – qiymətli mükafatlar oynanılan lotereya gözləyirdi. Yubilyarın şərəfinə badə qaldıran qonaqlar “Tez Tour” şirkətinin Azərbaycandakı səlahiyyətli agentliyi olan “Best Tour”-a yeni-yeni parlaq onilliklər, dostların əhatəsində daha möhtəşəm yubileylər arzu etdiklərini bildirdilər!

BAKU.WS
VİDEO

QALEREYA