SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə kənar dairəvi yolda qeydə alınıb.
Belə ki, qarşı yola çıxaraq qayda pozan “Uber” taksi xidmətinə məxsus, 90-UP-849 qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü meyvə-tərəvəz daşıyan “Vaz 2104” markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərə maddi ziyan dəyib və “Vaz” markalı avtomobildə olan qarpızlar yola səpələnib.
BAKU.WS
VİDEO