SİZİN REKLAM BURADA!
055 213 76 73


MDB ölkələri üçün yeni HUAWEI məhsullarının təqdimatı keçirilib: qatlanan HUAWEI Mate Xs 2 smartfonu və bir çox digər yeniliklər. Belə bir tədbir ilk dəfə keçirilib və Qazaxıstanda təşkil olunub.

HUAWEI Mate Xs 2: qatlana bilən smartfon texnologiyası sayəsində innovasiya

HUAWEI Mate Xs 2 flaqman qatlana bilən smartfonu - klassik qatlanan dizayna, yüngül və nazik korpusa, 7,8 düymlük həqiqi rəngli qatlana bilən displeyə və keyfiyyəti yeni səviyyəyə qaldıran HUAWEI XD optikasını dəstəkləyən 50 meqapiksellik kamera sisteminə malikdir. Bundan əlavə, kamera təsvirlərinin emal edilməsi mexanizmi HUAWEI XD Fusion Pro True-Chroma, dəqiq rəng reproduksiyasını təmin edən və çəkiliş keyfiyyətini artıran 10 kanallı multispektral sensor və tam P3 rəng gamutunda 2000-dən çox rəngin rəng kalibrlənməsi ilə təchiz olunub. Falcon Wing şarnir texnologiyası sayəsində qatlana bilən HUAWEI Mate Xs ekranında qatlanma xətti, demək olar ki, görünməzdir.

Huawei həmçinin yeni HUAWEI MateBook X Pro, HUAWEI MateBook D16 və HUAWEI MateBook 16s noutbuklarının, yenilənmiş HUAWEI MatePad Pro planşetinin və HUAWEI FreeBuds Pro 2 qulaqlıqlarının eyni vaxtda təqdimatı ilə pərəstişkarlarını sevindirdi.

Huawei Matebook X Pro: qabaqcıl dizayn və təkmilləşdirilmiş performans

Huawei-nin yeni yüngül flaqman noutbuku olan HUAWEI MateBook X Pro toxunduqda xoş hisslər yaradan metal şassi ilə təqdim olunub. Cihaz 14,2 düymlük tam ekranlı HUAWEI Real Color displeyinə, TÜV Rheinland Eye Comfort 3 sertifikatına və universal rəng ötürmə texnologiyasına malikdir. Bundan əlavə, MateBook X Pro- Super Turbo, Super Device və AI Camera kimi innovativ xüsusiyyətlər dəstinə də malikdir.

HUAWEI MateBook D16: yüngül korpusda yüksək performans

HUAWEI MateBook D16- gözün qorunması texnologiyası ilə geniş 16 düymlük HUAWEI FullView displeyinə malik yüksək performanslı yüngül çəkili notbukdur. HUAWEI MateBook D16 40 Vt-a qədər TDP ilə i7-12700H- də işləyən güclü H seriyalı 12-ci nəsil Intel® Core™ prosessoru, iki kanallı operativ yaddaş və bir çox tapşırığın effektiv şəkildə öhdəsindən gələn SSD ilə təchiz edilmişdir.

HUAWEI MatePad Pro: parlaq displey və HUAWEI SOUND® texnologiyası

HUAWEI MatePad Pro 120Hz yüksək yeniləmə tezliyi ilə 11 düymlük HUAWEI FullView OLED displeyinə malikdir. Yüngül və nazik, çəkisi cəmi 449 q və qalınlığı 5,9 mm. HUAWEI SOUND® texnologiyası ilə təchiz edilmişdir. Stereo Vibe və Ultra-Bass texnologiyalarını dəstəkləmək üçün yüksək və aşağı tezlikləri ayırd edə bilən 6 dinamik səs keyfiyyətini güclü dərəcədə artırır.

HUAWEI FreeBuds Pro 2: "Üçqat adaptiv ekvalayzer" texnologiyası ilə mükəmməl səsləndirilmə

Tezliklə Qazaxıstanda HUAWEI FreeBuds Pro 2 - iki drayverin işini intellektual şəkildə uzlaşdıran, onların mükəmməl uyğunlaşmasını və yüksək səs keyfiyyətini təmin edən "Ultra-hearing true Sound Dual Driver" unikal səs sistemi ilə təchiz edilmiş qulaqlıqların satışına başlanılacaq. Bundan əlavə, düz diafraqmanın istifadəsi sayəsində yüksək tezliklər və obertonlar kimi səs detalları daha aydın şəkildə əks etdirilir.

HUAWEI Consumer Business Group haqqında:

HUAWEI məhsulları və xidmətləri 170-dən çox ölkədə mövcuddur və dünya əhalisinin üçdə biri tərəfindən istifadə olunur. Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi tədqiqat mərkəzi açıb. HUAWEI Consumer Business Group - smartfonların, noutbukların və planşetlərin, daşınan elektronikanın, mobil geniş zolaqlı giriş cihazlarının, ev üçün həllərin və bulud xidmətlərinin işlənib hazırlanması və istehsalı ilə məşğul olan HUAVEİ şirkətinin üç biznes bölmələrindən biridir. HUAWEI-nin qlobal şəbəkəsinin üstünlükləri, dünya üzrə əməliyyatların həcmi və inkişaf etmiş tərəfdaş şəbəkəsi telekommunikasiya sənayesində 30 illik təcrübə əsasında qurulub.

BAKU.WS
QALEREYA