SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Texnologiya nəhəngi "Samsung"un yeni mobil cihazlarının təqdimatına həsr olunan tədbir keçirilib. "Enerji Club"da baş tutan təqdimat zamanı "Samsung"un "Galaxy Z Fold4 və Z Flip4" smartfonları, "Galaxy Buds2 Pro" qulaqlıqları və "Galaxy Watch5" nümayiş olunub, alıcılar yeni məhsullar barədə xeyli məlumatlandırılıblar.

BAKU.WS xəbər verir ki, “Samsung” reklam şirkətinin məhsulları üzrə aparıcı mütəxəssisi Miri Kazımov "Samsung Electronics"in yeni məhsullarının üstünlüklərindən danışıb. O, jurnalistlərə müsahibəsi zamanı yeni avadanlıqların həm daxili, həm də xarici dizaynın fərqli hazırlandığını vurğulayıb:

“Bugünkü tədbir Samsung-un yeni məhsullarının – Galaxy Z Fold4 və Z Flip4 smartfonları, Galaxy Watch5 saatları və Galaxy Buds2 Pro qulaqlıqlarının təqdimatına həsr olunub. Bir həftə əvvəl bu cihazlar bütün dünyada yayımlanan onlayn təqdimatda nümayiş edilmişdi və bu gün tədbirimizin qonaqları bu yeni məhsulları canlı olaraq ilk görənlər sırasında olmaq imkanı əldə etdilər. Yeni məhsulların həm daxili, həm də zahiri görünüşündə bir sıra dəyişikliklər edilib. Belə ki, smartfonların xarici dizaynı daha nazik və incədir. Onları əldə tutmaq rahatdır. Daxili dəyişikliklərə gəldikdə isə yeni kamera yeni prosessor kimi xüsusiyyətləri mövcuddur".

Təqdimatın əsas məqsədi “Samsung”un yeni smartfonları öz imkanlarını genişlədərək və yeni funksiyaları əlavə edərək ideal məhsulu istifadəçilərin hüzuruna gətirməkdir. Bütün bu yeniliklər isə əbəs yerə deyil. Çünki “Samsung” daim yenilik axtarışında olduğundan imkanları genişləndirməyi düşünür.

Hətta, “Samsung” smartfonları həyatlarının bir hissəsi olan insanların belə gözləntilərini aşacaq yeni məhsullardır.
“Galaxy Z Flip4”: Sərbəst əllər, keyfiyyətli şəkil və video “Galaxy Z Flip3”dən fərqli olaraq, “Galaxy Z Flip4” smartfonu ilə telefonu açmadan, siz zənglərə və mesajlara cavab verə, hətta yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz.

“Galaxy Z Flip4” hands-free(sərbəst əllər) funksiyasına sahibdir.

Belə k, siz telefonu istədiyiniz kimi və əlinizlə tutmaq məcburiyyətində qalmadan çox gözəl şəkil və videolar çəkə bilərsiniz.
Telefonun digər məlumatlarına gəlincə isə xarici ekran 1.9 Super Dynamic AMOLED 60 Hz, batareya tutumu 3,700 mAh-dır və smartfonu 30 dəqiqə ərzində 50%-ə qədər doldurur. Həm də sizi düşünərək daha az enerji sərf edəcək.

“Galaxy Z Fold4”: Çox funksionallıq və istifadə rahatlığı

“Galaxy Z Fold4” – Güclü və çoxfunksiyalı smartfon özündə “Samsung”un mobil texnologiyalarında yığdığı təcrübə toplusunun təcəssümüdür. “Z Fold3”ə nisbətən daha çox imkanlar genişlənib və funksiyalar artıb. Açıq halda siz onu planşet kimi də istifadə edə bilərsiniz. Yəni, eyni anda həm işləyə, həm də nəyisə izləyə bilərsiniz. Bağlı rejimdə isə 6,2 düym ekranlı smartfona çevrilir.

Portret rejimi artıq “Galaxy Z Flip4”ün ön ekranına da əlavə olunub və üstəlik öndəki ekrandan şəkili daxili ekrana da yerləşdirmək imkanı yaradılıb. Bundan əlavə, daxili ekrana Wi-Fi, Bluetooth və fənər elementləri əlavə olunub. Displeyin qoruyucusu isə Gorilla Glass Victus +. O, telefonu kənar zərbələrdən daha yaxşı qoruyur. Bundan əlavə, “Galaxy Z Fold4” və “Galaxy Z Flip4”də də İPX8 su buraxmayanla qorunur və istifadəçilər ani anlarda daha rahat ola bilər.

“Galaxy Buds2 Pro”: Premium-dizayn ilə yeni eşidilmə təcrübəsi

Galaxy Z xəttinin yeniliyi olan naqilsiz “Galaxy Buds2” qulaqlıqları istifadəçilərin istənilən şəraitdə rahat istifadəsinə şərait yaradır. Mükəmməl 24 bitlik hi-fi səsi, kristal təmizliyi və yığcam erqonomik dizayn hesabına qulaqlıqlar 15% faiz daha balaca olub. Bu, hal-hazırda “Samsung”un ən kompakt və yüngül qulaqlığı sayılır.

Alıcılar nümayiş olunan yeni məhsullarla tanış olduqdan sonra tədbir Koreya rəqsi ilə davam edib. Gecədə bir sıra tanınmş müğənnilər də yer alıblar. Onların ifasından sonra təqdimat mərasimi rəqs şousu ilə davam edib.

Nəzərinizə çatdıraq ki, yeni məhsullarla bağlı məlumatları "Samsung"un rəsmi distribütor mağazaları və rəsmi saytından maraqlana bilərsiniz.

BAKU.WS
QALEREYA