SİZİN REKLAM BURADA!
055 213 76 73


Bank BTB əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil əldə etmək istəyən şəxslərə AİKZF vəsaiti hesabına ipoteka kreditini təklif edir.

Yeni, komfortlu mənzilə sahib olmaq üçün vətəndaşlar Bank BTB-nin təqdim etdiyi illik 7%-lə ipoteka krediti üçün müraciət edə bilərlər.

Belə ki, 150.000 AZN-dək məbləğində ipoteka kreditini 25 il müddətinə əldə etmək istəyən şəxslər Bank BTB-nin filial şəbəkəsinə yaxınlaşaraq 1 günə rəsmiləşdirmə ilə bu imkandan yararlana bilərlər. Qeyd edək ki, ilkin ödəniş 20%-dən başlayır.

Bunu da qeyd edək ki, Bank BTB 2021-ci il ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 531 mənzil üzrə ipoteka krediti rəsmiləşdirərək yüksək göstəriciyə nail olub.

Nəzərinizə çatdıraq ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən xidmət şəbəkələrinə, onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bankın məhsul və kampaniyaları haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.

BAKU.WS